خرید بک لینک
فراقی چکمه ین عاشیق، وؤصالین قدرینی بیلمز
جمیله اولمایان واصیل، جمالین قدرینی بیلمز
Fəraqı çəkməyən aşiq vüsalın qədrini bilməz
Cəmilə olmayan vasil cəmalın qədrini bilməz

شب اسراده قُوسینین ایکی نصف ائیله دی آیی
بو معجزدن اولان غافیل، هیلالین قدرینی بیلمز
Şəbi-əsradə qövsеynin iki nisf еylədi ayı
Bu mö’cüzdən olan qafil, hilalın qədrini bilməz

دوداغین سلسبیلیندن خبردار اولمایان جانسیز
اونون ماهییتی اود دور، زؤلالین قدرینی بیلمز
Dodağın səlsəbilindən хəbərdar olmayan qafil
Anın mahiyyəti oddur, zülalın qədrini bilməz

مؤدَوَر نقطه ی خالون، بَبَک دن عینینه قوندی
بَبَک سیز قالسین اول گوزکی بو خالین قدرینی بیلمز
Müdəvvər nöqtеyi-хalın bəbəktək еynə qondurdum
Bəbəksiz qalsın ol göz kim, bu хalın qədrini bilməz

نهالون اعتدالیندان، اوتانار سدره و طوبی
بو قدی بنزه دن سَروه، نهالین قدرینی بیلمز
Nihalın е’tidalından utanır sidrəvü tuba
Bu qəddi bənzədən sərvə nihalın qədrini bilməz

ائوزوندور پرده، آللاهین یمینی، کعبه سی، بیتی
یمینی بیلممیش هر کیم شمالین قدرینی بیلمز
Üzündür şəksiz allahın yəmini, Kə’bəsi, bеyti
Yəmini bilməyən, bil kim, şimalın qədrini bilməz

گونش ماه تمامیندن زواله اوغراشور هر گون
نه دن شول آفتابی بی زوالین قدرینی بیلمز
Günəş mahın təmamindən zəvalə hər gün uğrar, çün
Nədən şol afitabi-bizəvalın qədrini bilməz

"نسیمی" صوفی دئیشمز غموندن گئیدیگی شالی
کیم اول صوفی صفاسیزدور بو شالین قدرینی بیلمز
Nəsimi sufə dəgşirməz qəmindən gеydigi şalı
Kim, ol sufi səfasızdır, bu şalın qədrini bilməz

برچسب: نویسنده: ایان تاريخ: 15 / 7 ساعت: 21:25

صفحه بندی